Britaniya Kəşfiyyatı – rus müdafiə sənayesi Rusiyanın ona xərclədiyi nisbətdə sursat istehsal edə bilmə qabiliyyətinə malik deyil
Britaniya Kəşfiyyatının məlumatına görə, rus müdafiə sənayesi Rusiyanın ona xərclədiyi nisbətdə sursat istehsal edə bilmə qabiliyyətinə malik deyil. Buna görə də uzaq radiuslu raketlərin rus ehtiyyatı azalıb.
Kəşfiyyatın məlumatlarına görə, “yalnız oktyabrın 10-da Rusiya Ukrayna istiqamətində 80-ə yaxın qanadlı raket atıb, bu, Vladimir Putinin sözlərinə görə, Kerç körpüsünün partlamasına cavab idi”.
“Raketlərin əksəriyyəti özünümüdafiə sistemləri tərəfindən vuruldu, lakin onlarla mərmi Kiyevə və digər məskunlaşan ərazilərə düşərək, mülki əhali ilə yanaşı, mühüm mülki infrastrukturun da məhv edilməsinə səbəb oldu”, – kəşfiyyatın məlumatında deyilir.