Britaniya kəşfiyyatı – Kremlin 9 Mayda planlaşdırılmış tədbirdə istənilən qələbə nümayiş etdirmək istəyi, onların döyüş meydanındakı qərarlarına təsir etməsi mümkündür

15:17, 21.04.2022

Kremlin 9 Mayda planlaşdırılmış tədbirdə istənilən qələbə nümayiş etdirmək istəyi, onların döyüş meydanındakı qərarlarına təsir etməsi mümkündür. Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

Onların hesablamalarına görə, Rusiya açıq şəkildə mayın 9-na kimi əhəmiyyətli irəliləyiş əldə etmək istəyir ki, bu da onun yaxın gələcəkdə hərbi əməliyyatlarını nə qədər tez və aqressiv aparacağına təsir edə bilər.

Bundan başqa, icmalda qeyd olunur ki, Rusiya qüvvələri hazırda Kramatorsk istiqamətində irəliləyir və şəhər daim raket hücumu altındadır.

Bununla yanaşı, kəşfiyyat hesabatında qeyd olunur ki, şərqdə quru qoşunlarının hücumunu dəstəkləmək və Ukraynanın hava hücumundan müdafiə sistemini sıxışdırıb məhv etmək üçün, Rusiya Hərbi Hava Qüvvələrinin yüksək fəallığı var.

https://twitter.com/DefenceHQ/status/1517006875316965376?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1517006875316965376%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2F1tv.ge%2Fnews%2Fbritanetis-tavdacvis-uwyeba-kremlis-miswrafebam-9-maiss-dagegmil-ghonisdziebaze-warmoachinos-nebismieri-tipis-gamarjveba-shesadzloa-iqonios-gavlena-brdzolis-velze-mat-gadawyvetilebebze%2F%3Ffbclid%3DIwAR036ha5UryyPYpyGH95Lnlu4uuIWNQc-G4wRrhH4f90ebCvqrw0pVu5FEk

Oxşar