Britaniya Hərbi Hava Qüvvələrinin rəhbəri - Rusiya Britaniya və Avropanın təhlükəsizliyinə ən açıq təhdiddir, onun təkcə Ukraynada deyil, ondan əvvəl Gürcüstandakı hərəkətinə də baxın
Britaniya pilotları Rusiyaya müqavimət göstərmək üçün yaxın döyüş manevrləri üzrə məşq edirlər, – “BBC”-nin məlumatına görə, bu barədə Britaniya Kral Hərbi Hava Qüvvələrinin rəhbəri, Maykl Uiqston bəyan etdi.
Uiqstonun sözlərinə görə, Britaniyalı pilotlar Böyük Britaniya və onun NATO müttəfiqləri üçün potensial Rusiya təhlükəsini dəf etmək üçün intensiv təlim keçirlər. Uiqstonun dediyinə görə, yaxın manevrlə döyüş praktikasına xüsusi diqqət yetirilir, çünki indiki nəsil Britaniyalı pilotların belə döyüş təcrübəsi yoxdur.
“Şübhə etmirəm k, bu birbaşa və açıq təhlükədir, hansına da qarşı biz təlimlər keçiririk. Sözsüz ki, ümidimiz var iş buraya qədər getməyəcək və dayandırma siyasəti işləyəcək. Lakin o gün gəlsə, Rusiya NATO üzvlərinə qarşı aqressiyanı həyata keçirəcək, biz hazır olmalıyıq. Rusiya Britaniya və Avropanın təhlükəsizliyinə ən açıq təhdiddir, onun təkcə Ukraynada deyil, ondan əvvəl Gürcüstandakı hərəkətinə də baxın”, – Uiqston bəyan etdi.