Britaniya hakimiyyəti "Deutsche Bank"ın London filialını Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 165 000 funt sterlinq cərimələyib
Britaniya hakimiyyəti “Deutsche Bank”ın London filialını Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 165 000 funt sterlinq cərimələyib. Bu haqda Böyük Britaniyanın Xəzinədarlıq Nazirliyinin Maliyyə Sanksiyalarının Reallaşdırılması Xidmətindən bildiriblər.
Tənzimləyicinin məlumatına əsasən, 2022-ci ilin iyun və iyul aylarında “Deutsche Bank”ın London filialı sanksiya tətbiq edilən hüquqi şəxsə məxsus olan Rusiyanın onlayn kinoteatrı “Okko”nun xeyrinə təxminən 635 619 funt sterlinq dəyərində iki əməliyyat həyata keçirib.
Qeyd edilməlidir ki, bankın pozuntu barədə məlumatı könüllü şəkildə açıqlaması səbəbindən cərimə demək olar ki, yarıya endirilib. Əvvəlcə sanksiya 300 000 funt sterlinq idi. “Deutsche Bank” sanksiyalara riayət etməyə “çox ciddi” yanaşdığını açıqlayıb.