Britaniya Gürcüstanın qanunsuz işğal olunmuş regionları, Abxaziya və “Cənubi Osetiya” ilə əlaqəli olan Marat Kambolov, Alan Qaqloyev və Serqey Tolmaçova sanksiya tətbiq edib

14:08, 01.10.2026

 

Bu gün Böyük Britaniya “Rusiyanın sanksiyalar rejimi” çərçivəsində Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə təhlükə yaradan fəaliyyətlərinə görə 31 fiziki, hüquqi şəxsə və gəmiyə sanksiya tətbiq edir – bu barədə Britaniyanın Gürcüstandakı Səfirliyinin bəyanatında deyilir.

Onların məlumatına əsasən, sanksiya tətbiq edilənlər arasında Gürcüstanın qanunsuz işğal olunmuş regionları, Abxaziya və “Cənubi Osetiya” ilə əlaqəli olan üç şəxs var: Marat Kambolov, Alan Qaqloyev və Serqey Tolmaçov.

“Rusiyanın Ukraynaya qarşı təcavüzü onun qonşu ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətsizliklə ifadə olunan daha geniş meylin bir hissəsidir. Gürcüstan regionlarının — Abxaziya və Cənubi Osetiyanın — işğalının davam etdirilməsi bunların arasındadır.

Böyük Britaniya Rusiyanın sentyabrın 18-də Cənubi Osetiyada keçirilmiş qondarma “prezident seçkiləri” və de-fakto ilhaqa doğru atılan sonrakı addımlar vasitəsilə Gürcüstanın işğal olunmuş regionları üzərində öz qanunsuz nəzarətini möhkəmləndirmək cəhdlərini pisləyir.

Böyük Britaniya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və əməllərinə görə Rusiyanın məsuliyyətə cəlb olunmasını davam etdirir” – Britaniya Səfirliyinin bəyanatında deyilir.

Oxşar