Britaniya Fars körfəzi ölkələrinə kömək üçün hərbi personal və hava hücumundan müdafiə sistemləri göndərir
Böyük Britaniya Fars körfəzi ölkələrinə kömək üçün hərbi personal və hava hücumundan müdafiə sistemləri göndərir – bu haqda Böyük Britaniyanın müdafiə naziri Con Hil bildirib.
Böyük Britaniyanın müdafiə naziri son bir neçə gün ərzində İranın hücumlarını genişləndirdiyinin aydın olduğunu deyib. Hilin bəyanatına əsasən, Britaniyanın “Typhoon” təyyarələri Qətərdə fəaliyyət göstərməyə davam edəcəklər.
“Britaniya sizinlədir və tərəfdaşları ilə birlikdə olacaq. Yaxın Şərqin səmasını hazırda Britaniyanın ən yaxşı hərbi qulluqçuları qoruyurlar” – Con Hil Qətərə səfəri zamanı qeyd edib.