Britaniya Baş naziri bəyan edir ki, Ağ Evdə keçirilən görüşdə “xeyli məsələdə” razılıq əldə olunub
Avropa liderləri və Ukrayna Prezidenti artıq Ağ Evi tərk ediblər.
“CNN”-in jurnalisti Böyük Britaniyanın Baş naziri Kir Starmerdən soruşub, görüşdə konkret nələr barədə razılığa gəldiklərini.
Britaniya Baş naziri qısa şərhlə kifayətləndi. Onun sözlərinə görə, razılıq bir çox məsələdə əldə olunub.
“Xeyli məsələdə”, – deyə Starmer jurnalistin sualına cavab verib.
Başqa heç bir əlavə şərh liderlər tərəfindən Ağ Evi tərk edərkən mətbuata verilməyib.