Britaniya baş naziri administrasiyası - Boris Conson bir daha təsdiq etdi ki, Ukraynanın gücləndirilməsi və Putinin uğursuzluğunun təmin olunmasında heç zaman olmadığı kimi sadiqdir
Britaniya baş naziri administrasiyası - Boris Conson bir daha təsdiq etdi ki, Ukraynanın gücləndirilməsi və Putinin uğursuzluğunun təmin olunmasında heç zaman olmadığı kimi sadiqdir

Böyük Britaniyanın baş naziri, Boris Conson və Ukrayna prezidenti ,Vladimir Zelenski telefon söhbəti apardılar.

“Baş nazir bir daha təsdiq etdi ki, Ukraynanın gücləndirilməsi və Putinin uğursuzluğunun təmin olunmasında heç zaman olmadığı kimi sadiqdir və qeyd etdi ki, Ukraynalılar öz azadlığı uğrunda nə cür möhkəm mübarizə aparırlar”, – Britaniya baş naziri administrasiyasının bəyanatında deyilir.

Elə onların məlumatına görə, Böyük Britaniyanın baş naziri təsdiqlədi ki, Böyük Britaniya Ukraynalıları müdafiə etmək üçün lazım olan avadanlıqlarla təmin etmək üçün əlavə hərbi yardımı davam etdirəcək. Bununla yanaşı, liderlər BMT-nin rəhbərlik etdiyi Mariupolda təxliyə cəhdinin gedişatını müzakirə etdilər. Boris Conson Ukrayna prezidentinə gələcək iqtisadi və humanitar dəstək də təklif etdi.

Böyük Britaniyanın baş naziri ilə telefon danışığı barədə “tvitterdə” Ukrayna prezidenti də yazır.

“Böyük Britaniyanın baş naziri, Boris Consonla daimi əlaqə saxlayıram. Döyüş meydanından və blokadaya alınmış Mariupoldakı vəziyyətdən danışdım. Biz Ukraynanın müdafiə dəstəyini və sülhə nail olmaq üçün lazım olan diplomatik səyləri müzakirə etdik”, – Vladimir Zelenski yazır.