Britaniya, ABŞ, İtaliya, Fransa və Almaniya liderləri Ukrayna məsələsi ilə bağlı telefon danışığı aparıblar
Britaniya, ABŞ, İtaliya, Fransa və Almaniya liderləri Ukrayna məsələsi ilə bağlı telefon danışığı aparıblar

 

 

Britaniyanın Baş naziri Kir Starmer ABŞ, İtaliya, Fransa və Almaniya liderləri ilə Ukrayna məsələsi ilə bağlı telefon danışığı aparıb. Bu barədə baş nazirin ofisi bəyan edib.

Donald Trampın Putinlə telefon danışığından əvvəl Starmer liderlərlə qeyd-şərtsiz atəşkəs məsələsini müzakirə edib. Həmçinin, Rusiya atəşkəs və sülh danışıqlarına ciddi şəkildə qoşulmasa, sanksiyalardan istifadəni.

Fransa Prezidenti Emmanuel Makron telefon danışığı barədə sosial şəbəkədə yazıb.

“Putin prezident Tramp tərəfindən təklif edilən, Ukrayna və Avropa tərəfindən dəstəklənən 30 günlük qeyd-şərtsiz atəşkəsi qəbul etməklə sülh istədiyini göstərməlidir” – Makron yazır.

Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimer Putinlə telefon danışığı aparacaq. Telefon danışığından sonra Donald Tramp Ukrayna Prezidenti ilə danışacaq.