Brent markalı neftin qiyməti artıb və iyul ayından bəri ilk dəfə bir barel üçün 100 dollara çatıb

13:37, 09.09.2026

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda neftin qiyməti iyul ayından bəri ilk dəfə bir barel üçün 100 dollara çatıb.

Medianın məlumatına görə, son 24 saat ərzində Brent markalı neftin qiyməti 2,1 faiz artaraq bir barel üçün 100 dollar 19 sent təşkil edib.

Bununla yanaşı, neftin qiymətində artım tendensiyası avqustun sonlarından etibarən müşahidə olunurdu.

ABŞ bazarına gəlincə, ölkədə neftin qiyməti son olaraq 1,3 faiz bahalaşaraq bir barel üçün 94 dollara çatıb.

Neftin qiymətinin artmasına səbəb kimi Fars körfəzində gərginliyin artması, eləcə də son günlər ABŞ və İran arasında qarşılıqlı hücumların baş verməsi göstərilir.

Qeyd edək ki, neftin qiyməti pik həddə apreldə çatıb. Həmin vaxt bir barel neftin qiyməti 126 dollar təşkil edib.

Oxşar