Brent markalı neftin qiyməti 4 faiz artaraq bir barel üçün 105 dollara çatıb

18:58, 10.09.2026

Yaxın Şərqdə hərbi əməliyyatlar fonunda neftin qiyməti kəskin artaraq bir barel üçün 105,26 dollara çatıb.
Bununla yanaşı, ABŞ-da neftin qiyməti may ayından bəri ilk dəfə 100 dollar həddinə yüksəlib.

Belə ki, ABŞ xam neftinin qiyməti 4,15 faiz artıb.

Neftin qiymətinin yüksəlməsinə səbəb kimi Fars körfəzində gərginliyin artması, eləcə də son günlər ABŞ və İran tərəfindən həyata keçirilən qarşılıqlı hücumlar göstərilir.

Oxşar