Brent markalı neftin bir barelinin qiyməti 111 ABŞ dollarını keçib, bu da son günlərin ən yüksək göstəricisidir
Brent markalı neftin bir barelinin qiyməti 111 ABŞ dollarını keçib, bu da son günlərin ən yüksək göstəricisidir

 

Neftin qiyməti son 24 saat ərzində yenidən yüksəlib. Medianın məlumatına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 111 ABŞ dollarını keçib, bu da son günlərin ən yüksək göstəricisidir.

Bununla yanaşı, ABŞ-da xam neftin qiyməti 2.8% artıb və 115.61 dollara çatıb.

“Sky News”un yazdığı kimi, neftin qiyməti cümə axşamından bəri 100 dollardan aşağı düşməyib, bunun da səbəbi medianın məlumatına əsasən, Donald Trampın İranın mülki infrastrukturuna genişmiqyaslı hücumlar haqda təhdididir.

Məlumat üçün qeyd edək ki, ötən il neftin bir barelinin orta qiyməti 69 dollar idi.