Neft qiymətləri yenidən yüksəlir və 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatır. Bu isə ABŞ prezidenti Donald Trampın İran limanlarının blokadasının uzadılmasını nəzərdən keçirdiyi bir vaxta təsadüf edir – bu barədə CNN məlumat yayıb.
Mediaya görə, əsas qlobal göstəricilərdən biri sayılan “Brent” markalı xam neftin qiyməti 12 faizdən çox artaraq bir barel üçün 125 dolları ötüb.
Eyni zamanda, ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam neftinin qiyməti 3 faizdən çox yüksələrək bir barel üçün 110 dolları keçib.