“Brent” markalı xam neftin qiyməti 60 dollardan aşağı düşüb, bu isə 2021-ci ilin fevralından sonra ən aşağı göstəricidir
“Brent” markalı xam neftin qiyməti 60 dollardan aşağı düşüb. Bu, “Covid-19” pandemiyasının neft istehlakını azaltdığı 2021-ci ilin fevralından sonra ən aşağı göstəricidir.
“Brent”in qiymətləri qlobal bazarda qiymətləri müəyyən etmək üçün bir növ etalon kimi istifadə olunur.
Analitiklər ehtimal edirlər ki, Ağ Ev administrasiyası Amerika üçün üstünlük əldə etmək üçün neft qiymətlərini aşağı salmaq istəyir.