Braziliyanın cənubunda daşqın nəticəsində 30-dan çox adam ölüb, 60 nəfər itkin düşmüş hesab edilir
Braziliyanın cənubunda daşqın nəticəsində 30-dan çox adam ölüb, 60 nəfər itkin düşmüş hesab edilir

Braziliyanın cənubunda daşqın nəticəsində 30-dan çox adam ölüb.

Bir neçə gün davam edən leysan yağışları nəticəsində su elektrik stansiyasının bəndi uçub. Su bəndinin uçması onsuz da su basmış ərazidə vəziyyəti daha da gərginləşdirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rio Qrande-du-Sul ştatında təbii fəlakət nəticəsində 60 nəfər itkin düşmüş hesab olunur.

15 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yarım milyondan çox vətəndaş işıqsız və içməli susuz qalıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva təbii fəlakətdən zərər çəkmiş bölgəyə səfər edib və yerli sakinlərə mərkəzi hökumətdən kömək vəd edib.