Braziliyada üçüncü gündür koronavirusdan ölüm hallarının gündəlik göstəricisi 2 000-dən artıqdır
Braziliyada üçüncü gündür koronavirusdan ölüm hallarının gündəlik göstəricisi 2 000-dən artıqdır

Braziliyada üçüncü gündür koronavirusdan ölüm hallarının gündəlik göstəricisi 2 000-dən artıqdır.

Son 24 saat ərzində koronavirusun 85 663 yeni halı aşkar edildi. Müvafiq məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun 11 milyon 363 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 275 105 pasiyent vəfat edib.

Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir