Braziliyada son bir gün ərzində koronavirusun 8 456 yeni halı qeydə alındı, 365 insan vəfat etdi
Braziliyada koronavirusa yoluxma hallarının sayı azalır. Son bir gün ərzində ölkədə koronavirusun 8 456 yeni halı qeydə alındı, 365 insan vəfat etdi. Məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Pandemiyanın başlamasından bu günə qədər, ölkədə koronavirusa yoluxmanın 4 milyon 915 mindən artıq halı qeydə alınıb, 146 352 insan vəfat edib.
Koronavirusa yoluxma hallarının sayı ilə Braziliya ABŞ-dan və Hindistandan sonra üçüncü yerdədir, ölüm hallarının sayı ilə isə, ABŞ-dan sonra ikinci yerdədir.