Braziliyada son bir gün ərzində koronavirusun 47 161 yeni halı qeydə alındı, 1 086 insan vəfat etdi
Braziliyada son bir gün ərzində koronavirusun 47 161 yeni halı qeydə alındı. Virus nəticəsində 1 086 insan vəfat etdi. Müvafiq göstəriciləri ölkənin Səhiyyə Nazirliyi yayır.
Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusdan ölkədə cəmi 117 666 insan vəfat edib.
Cəmi ölkədə koronavirusun 3 milyon 717 mindən artıq halı aşkar edilib.
Koronavirusa yoluxma və ölüm hallarının sayı ilə Braziliya ABŞ-dan sonra ikinci yerdədir.