Braziliyada son bir gün ərzində koronavirusun 26 051 yeni halı aşkar edildi, 602 pasiyent vəfat etdi
Braziliyada son bir gün ərzində koronavirusun 26 051 yeni halı aşkar edildi. Məlumatı “Qardian” yayır.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 602 pasiyent vəfat etdi.
Braziliyada koronavirusun cəmi 1,6 milyon halı qeydə alınıb. Vəfat edənlərin ümumi sayı 64 867-ni təşkil edir.
Braziliya “COVID-19”-a yoluxanların və vəfat edənlərin dünyada ikinci yerdədir.