Braziliyada son bir gün ərzində koronavirusun 23 mindən artıq halı aşkar edildi
Braziliyada son bir gün ərzində koronavirusun 23 mindən artıq halı aşkar edildi

Braziliyada son bir gün ərzində koronavirusun 23 mindən artıq yeni halı aşkar edildi. Con Hopkins Universitetinin göstəriciləri ilə, ölkədə pandemiyanın başlamasından bu günə qədər virusun 2 098 389 halı qeydə alınıb. Məlumatı “CNN” yayır.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə virus nəticəsində 716 pasiyent vəfat edib. Ümumilikdə isə, ölüm hallarının sayı 80 minə yaxınlaşır.