Braziliyada son bir gün ərzində koronavirusun 14 768 yeni halı qeydə alındı

11:09, 14.09.2020

Braziliyada son bir gün ərzində koronavirusun 14 768 yeni halı qeydə alındı, 415 insan vəfat etdi. Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayır.

Pandemiyanın başlamasından bu günə qədər, ölkədə koronavirusa yoluxmanın 4 milyon 330 mindən artıq halı qeydə alınıb, 131 625 insan vəfat edib.

Koronavirusa yoluxma hallarının sayı ilə Braziliya ABŞ-dan və Hindistandan sonra üçüncü yerdədir,ölüm hallarının sayı ilə isə, ABŞ-dan sonra ikinci yerdədir.

Oxşar