Braziliyada son bir gün ərzində koronavirusun 10 273 yeni halı qeydə alındı, 310 insan vəfat etdi
Braziliyada son bir gün ərzində koronavirusun 10 273 yeni halı qeydə alındı, 310 insan vəfat etdi. Məlumatı “CNN” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Pandemiyanın başlamasından bu günə qədər, ölkədə koronavirusa yoluxmanın 4 milyon 147 mindən artıq halı qeydə alınıb, 126 960 insan vəfat edib.
Koronavirusa yoluxma və ölüm hallarının sayı ilə Braziliya ABŞ-dan və Hindistandan sonra üçüncü yerdədir.