Braziliyada son bir gün ərzində koronavirus nəticəsində ölənlərin sayı 494 ilə artdı
Braziliyada son bir gün ərzində koronavirus nəticəsində ölənlərin sayı 494 ilə artdı

Braziliyada son bir gün ərzində koronavirus nəticəsində ölənlərin sayı 494 ilə artdı. Virusa yoluxmanın 23 421 yeni halı aşkar edildi. Məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər, ölkədə koronavirusa yoluxmanın 3 605 783 halı qeydə alınıb, 114 744 insan vəfat edib.

Koronavirus nəticəsində ölənləri sayı ilə Braziliya, ABŞ-dan sonra ikinci yerdədir.