Braziliyada son bir gün ərzində koronavirus 62 290 insanda təsdiq olundu, 1 171 insan vəfat etdi
Braziliyada son 24 saat ərzində koronavirusun 62 290 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 1 171 pasiyent vəfat etdi. Müvafiq məlumatı “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun 8 075 988 təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 202 631 pasiyent vəfat edib.
Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.