Braziliyada son bir gün ərzində koronavirus 55 649 insanda təsdiq olundu, 1 194 insan vəfat etdi
Braziliyada son bir gün ərzində koronavirus 55 649 insanda təsdiq olundu, 1 194 insan vəfat etdi

Braziliyada son 24 saat ərzində koronavirusun 55 649 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 1 194 pasiyent vəfat etdi.  Müvafiq məlumatı “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun yeddi milyon 600 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 193 875 pasiyent vəfat edib.

Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.