Braziliyada son bir gün ərzində koronavirus 37 730 insanda təsdiq olundu
Braziliyada son 24 saat ərzində koronavirusun 37 730 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 555pasiyent vəfat etdi. Müvafiq məlumatı “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun yeddi milyon 200 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 186 205 pasiyent vəfat edib.
Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.