Braziliyada son bir gün ərzində koronavirus 25 193 insanda təsdiq olundu
Braziliyada son bir gün ərzində koronavirus 25 193 insanda təsdiq olundu

Braziliyada son 24 saat ərzində koronavirusun 25 193 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 433 pasiyent vəfat etdi.  Müvafiq məlumatı “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun altı milyon 927 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 181 835 pasiyent vəfat edib.

Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.