Braziliyada son bir gün ərzində koronavirus 20 371 insanda təsdiq olundu, 376 insan vəfat etdi
Braziliyada son bir gün ərzində koronavirus 20 371 insanda təsdiq olundu, 376 insan vəfat etdi

Braziliyada son 24 saat ərzində koronavirusun 20 371 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 376 pasiyent vəfat etdi.  Müvafiq məlumatı “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun altı milyon 623 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 177 317 pasiyent vəfat edib.

Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.