Braziliyada, Parana ştatında tornado nəticəsində altı nəfər həlak olub
Braziliyada, Parana ştatında tornado nəticəsində altı nəfər həlak olub

Braziliyanın cənub hissəsində yerləşən Paraná ştatından tornado keçib və nəticədə altı nəfər həyatını itirib – bu barədə məlumatı Reuters yayıb.

Mediaya görə, 437 nəfər xəsarət alıb, təxminən 1 000 ailə isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Verilən məlumata əsasən, sürəti 180-dən 250 km/saatadək dəyişən tornado ən çox Rio Bonito do Iguaçu bölgəsinə ziyan vurub, avtomobil yollarını və elektrik ötürmə xətlərini dağıdıb.

Braziliyanın prezidenti Luiz Inasiu Lula da Silva həlak olanların ailələrinə başsağlığı verib və zərər çəkmiş Paraná ştatının sakinlərinə yardım göstərəcəyini vəd edib.