Braziliyada koronavirusun 30 576 yeni halı aşkar edildi, vəfat edənlərin sayı isə, 552 ilə artdı
Braziliyada koronavirusun 30 576 yeni halı aşkar edildi. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Braziliyada virusa yoluxanların göstəricisi 1,344,143-ə çatır. Məlumatı “Qardian” yayır.
Son bir gün ərzində virus nəticəsində vəfat edənlərin sayı 552 ilə artdı və ümumilikdə 57 622-ni təşkil etdi.