Braziliyada koronavirusun 23 010 yeni halı təsdiq olundu, 572 pasiyent vəfat etdi
Braziliyada son bir gün ərzində koronavirusdan 572 insan vəfat etdi. Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusdan ölkədə cəmi 101 049 insan vəfat edib.
Braziliyada son 24 saat ərzində koronavirusun 23 010 yeni halı təsdiq olundu. Cəmi ölkədə koronavirusun 3 milyon 35 mindən artıq halı aşkar edilib.
Koronavirusa yoluxma və ölüm hallarının sayı ilə Braziliya ABŞ-dan sonra ikinci yerdədir.