Braziliyada son 24 saat ərzində koronavirusun 15 726 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 263 pasiyent vəfat etdi. Müvafiq məlumatı Braziliya Səhiyyə Nazirliyi yayır.
Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun beş milyon 400 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 157 397 pasiyent vəfat edib.
Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.