Braziliyada daşqınlar azı 35 nəfərin həyatına son qoydu
Braziliyada daşqınlar azı 35 nəfərin həyatına son qoydu

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar 35 nəfərin həyatına son qoydu.

Hadisə ölkənin şimal-qərbindəki Pernambuko ştatında baş verdi.

Cümə günü başlayan leysan yağışları sürüşmə prosesinə səbəb odu və qəsəbəni basdı.

765 nəfər evlərini tərk etmək məcburiyyətində qaldı.