Braziliyada bir gündə koronavirusun 21 432 halı aşkar edildi
Braziliyada bir gündə koronavirusun 21 432 halı aşkar edildi

Braziliyada bir gündə koronavirusun 21 432 halı aşkar edildi. Məlumatı ölkənin Səhiyyə Nazirliyinə istinad edərək “Reuters” agentliyi yayır. Son 24 saat ərzində 654 insan vəfat etdi.

Epidemiyanın başlamasından bu günə qədər Braziliyada “COVID-19” virusunun 1,1 milyon halı qeydə alınıb. Vəfat edənlərin sayı 51 271-i təşkil edir.

Virusa yoluxanlar və ölüm halları ilə Braziliya dünyada ikinci yerdədir.