Braziliya prezidenti – Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə haqlıdır, Braziliya və digər ölkələr isə, qızıl orta tapmaqda haqlıdırlar

13:16, 10.05.2023

Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə haqlıdır, Braziliya və digər ölkələr isə, qızıl orta tapmaqda haqlıdırlar. – bu barədə Braziliya prezidenti, Luis İnasio Lula da Silva Hollandiyanın baş naziri, Mark Rutte ilə görüşdən sonra bəyan etdi.

Braziliya prezidentinin dediyinə görə, Ukrayna faktiki olaraq öz ərazisinin işğalını qəbul edə bilməz və müqavimət göstərməlidir, lakin qızıl ortanın tapılması mümkündür.

Lula da Silvanın bəyanatına görə, Braziliya Ukraynadakı müharibədə vasitəçi rolunu oynamaq istəyir. Mark Rutte öz növbəsində qeyd edib ki, Ukraynada müharibə mümkün qədər tez başa çatmalı və güzəştlər olmadan sülh bərqərar edilməlidir.

“Əgər Rusiya Ukraynada öz məqsədlərinə çatarsa, sülhümüz potensial təhlükə altındadır”, – Hollandiyanın baş naziri bəyan etdi.

Oxşar