Braziiyada son bir gün ərzində koronavirusun 23 671 yeni haı aşkar edidi

10:45, 19.01.2021

Braziliyada son 24 saat ərzində koronavirusun 23 671 yeni halı aşkar edildi. Müvafiq məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun 8 511 770 təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 210 299 pasiyent vəfat edib.

Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.

Oxşar