Braziiyada son bir gün ərzində koronavirusun 23 671 yeni haı aşkar edidi
Braziliyada son 24 saat ərzində koronavirusun 23 671 yeni halı aşkar edildi. Müvafiq məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun 8 511 770 təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 210 299 pasiyent vəfat edib.
Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.