"Böyük Yeddillik" ölkələrinin Ədliyyə nazirləri Ukraynada törədilmiş hərbi cinayətlərin araşdırılmasını müzakirə etmək üçün ilk dəfə yoolaşacaqlar
"Böyük Yeddillik" ölkələrinin Ədliyyə nazirləri Ukraynada törədilmiş hərbi cinayətlərin araşdırılmasını müzakirə etmək üçün ilk dəfə yoolaşacaqlar

“Böyük Yeddillik” ölkələrinin Ədliyyə nazirləri Ukraynada törədilmiş hərbi cinayətlərin araşdırılmasını müzakirə etmək üçün ilk dəfə yoolaşacaqlar. Ukrayna mediasının məlumatına görə, bu barədə “Böyük Yeddiliyə” sədrlik edən ölkənin, Almaniyanın Ədliyyə naziri ,Marko Buşman bəyan etdi.

Görüş 28 noyabrda, Berlində keçiriləcək.

“Biz, əsasən, Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərin dəhşətlərindən danışacağıq, onları araşdırıb günahkarları məsuliyyətə cəlb etmək istəyirik. Bunun üçün daha effektli koordinasiya üzrə razılaşdıq”, – Buşman qeyd etdi.