Böyük Yeddiliyin maliyyə nazirləri Ukraynada ədalətli, dayanıqlı sülhə nail olmaq üçün bütün dondurulmuş rus aktivlərini müsadirə etməyi müzakirə etməyə hazır olduqlarını bildirirlər
Böyük Yeddiliyin üzvü olan ölkələrin maliyyə nazirləri Ukraynada ədalətli və dayanıqlı sülhə nail olmaq üçün bütün dondurulmuş rus aktivlərini müsadirə etməyi müzakirə etməyə hazır olduqlarını bildiriblər.
Nazirlər Ukrayna hökumətini islahatların həyata keçirilməsində, xüsusən də korrupsiyaya qarşı mübarizədə və dövlət müəssisələrinin idarəolunmasının təkmilləşdirilməsində dəstəklədiklərini qeyd ediblər.
“Ukraynanı dəstəkləmək üçün geniş spektrli maliyyələşdirmə variantlarının hazırlanması məqsədilə əməkdaşlığı davam etdirəcəyik, o cümlədən Rusiya tərəfindən reparasiyaların ödənilməsinə qədər yurisdiksiyalarımızda dondurulmuş Rusiyanın suveren aktivlərinin tam dəyərinin potensial istifadəsi ilə, müharibəni bitirmək və Ukraynada ədalətli və dayanıqlı sülhü təmin etmək üçün” – bəyanatda deyilir.
Onların məlumatına əsasən, Böyük Yeddiliyin üzvü olan ölkələr beynəlxalq tərəfdaşlarla birlikdə əlaqələndirməni və kollektiv təhlükəsizliyi və dayanıqlığı gücləndirməyə davam edəcəklər.