"Böyük Yeddiliyin" liderləri Ukrayna ilə bağlı virtual sammit keçirəcəklər
“Böyük Yeddiliyin” liderləri Ukrayna ilə bağlı bu gün virtual sammit keçirəcəklər. Yayılan məlumata görə, virtual sammitdə Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edəcək.
Virtual sammitin ev sahibi Almaniya kansleri, Olaf Şoltsolacaq.
Liderlər Rusiyanın təcavüzü ilə bağlı Rusiyada baş verən son hadisələri, Ukraynanı gücləndirmək səylərini, “Böyük Yeddili” ölkələrinin kollektiv cavabda birliyini nümayiş etdirmə yollarını, o cümlədən Putinin müharibəsinə görə, Rusiyaya ağır xərclər qoymağı müzakirə edəcəklər.
Eyni zamanda, mətbuatda yayılan məlumatlara görə, görüşdə liderlər Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi və ya ən azından Rusiyaya artıq zərər vurmuş nəhəng iqtisadi sanksiyaların sərtləşdirilməsini müzakirə edəcəklər.