“Böyük Yeddilik” Zaporojye atom elektrik stansiyası rəhbərliyinin Rusiya qüvvələri tərəfindən oğurlanmasını pisləyir və stansiyaya tam nəzarətin Ukraynaya verilməsini tələb edir

12:27, 23.10.2022

“Böyük Yeddilik” Zaporojye atom elektrik stansiyası rəhbərliyinin Rusiya qüvvələri tərəfindən oğurlanmasını pislədi və stansiyaya tam nəzarətin Ukraynaya verilməsini tələb etdi. Bu barədə “Böyük Yeddiliyin” bəyanatında deyilir.

“Biz Rusiyanın Ukraynadakı Zaporojye atom elektrik stansiyasının rəhbərliyini və işçilərini təkrar oğurlamasını pisləyirik. Biz Rusiyanı Zaporojye stansiyasına tam nəzarəti dərhal onun qanuni suveren sahibi, Ukraynaya verməyə çağırırıq”, – bəyanatda deyilir.

Xatırladaq ki, Rusiya qüvvələri Avropanın ən böyük atom elektrik stansiyasını mart ayında ələ keçirdilər.

Oxşar