“Böyük Yeddilik” ölkələri Vladimir Putinin təbii qazın Rusiya rublu ilə ödənilməsi tələbini rədd edir

18:46, 28.03.2022

“Böyük Yeddilik” ölkələri Vladimir Putinin təbii qazın pulunu rus rublu ilə ödəmək tələbini rədd edir.

Bunu Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek deyib.

“Bütün “Böyük Yeddilik” nazirləri bunun mövcud müqavilələrin birtərəfli və açıq şəkildə pozulması olduğu barədə razılığa gəldilər” dedi Habek.

Onun sözlərinə görə, nazirlər sazişlərin qüvvədə olduğunu və şirkətlərin onlara hörmət etməli olduğunu bir daha bəyan ediblər.

“Rublda ödəniş qəbuledilməzdir və biz maraqlı şirkətləri Putinin tələblərinə əməl etməməyə çağırırıq. Putinin bizi parçalamaq cəhdi göz qabağındadır, amma gördüyünüz kimi, bu böyük birlik və güc sayəsində biz parçalanmayacağıq.

Oxşar