“Böyük Yeddilik” liderləri Rusiyanın Ukraynada qondarma referendumlar keçirməsini və Rusiyada qismən səfərbərlik elan etməsini pislədilər
“Böyük Yeddilik” liderləri Rusiyanın Ukraynada qondarma referendumlar keçirməsini və Rusiyada qismən səfərbərlik elan etməsini pislədilər.
“Böyük Yeddilik” liderlərinin birgə bəyanatında deyilir ki, Rusiya üzdəniraq referendumlardan istifadə edərək, Rusiyanın davam edən təcavüzünün subyekti olan Ukraynanın suveren ərazisinin statusunu dəyişdirmək üçün saxta bəhanə yaratmağa çalışır.
“Bu hərəkətlər BMT Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozur. Dövlətlər arasında münasibətlərdə qanunun aliliyinə fundamental şəkildə qarşı çıxır. Biz anneksiyaya doğru bir addım kimi görünən bu qondarma referendumları heç vaxt tanımayacağıq. Biz heç vaxt təsdiqlənmiş anneksiyanı tanımayacağıq, əgər bu baş versə”, – sənəddə deyilir.
Bundan başqa, “Böyük Yeddilik” liderləri Rusiyanın məsuliyyətsiz nüvə ritorikasını pislədilər.