Böyük ehtimalla Qiorqi Tsaqareishvilini 10-cu çağırış parlamentində Arçil Qorduladze əvəz edəcək
Böyük ehtimalla Qiorqi Tsaqareishvilini 10-cu çağırış parlamentində Arçil Qorduladze əvəz edəcək

Böyük ehtimalla Qiorqi Tsagareişvilini 10-cu çağırış parlamentdə Arçil Qorduladze əvəz edəcək.

Siyahıda 75-ci yerdə olan Arçil Qorduladze “Gürcü arzusu”nun seçki siyahısı ilə parlamentə daxil olmalıdır.

Arçil Qorduladze parlamentdə “Gürcü arzusu” fraksiyasının rəhbəri idi.

Qiorqi Tsaqareişvili işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladzenin müavini təyin edilib.