Böyük Britaniyaya Avropa İttifaqından çıxması üçün oktyabrın 31-nə qədər vaxt verildi
Breksit yenə təxirə salındı.
Avropa İttifaqı liderlərinin qərarları ilə, Böyük Britaniyaya Avropa İttifaqından çıxmaq üçün oktyabrın 31-nə qədər vaxt verildi.
Breksitin təxirə salınmasına baxmayaraq, London növbəti altı ay ərzində, hər an Avropa İttifaqını tərk edə bilər.
“Britaniyalı dostlarıma müraciət edirəm, bu müddət yaranan vəziyyətdən çıxış yolunu tapmaq üçün şansdır, çox xahiş edirəm, vaxtınızı boşa xərcləməyin” – dedi Avropa İttifaqının prezidenti Donald Tusk, Brüsseldə keçirilən mətbuat konfransında.
Onun dediyinə görə, oktyabrın sonuna qədər Londonun Breksiti ləğv etmək imkanı var.