Böyük Britaniyanın yeni Baş naziri kabinet üzvlərini təsdiqləyib
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham hökumət kabinetinin üzvlərini təsdiqləyib.
Börnham Böyük Britaniyanın xarici işlər naziri vəzifəsinə Ed Milibendi təyin edib. O, bu vəzifədə İvet Kuperi əvəz edib.
Bununla yanaşı, məlum olub ki, Böyük Britaniyanın yeni hökumətində maliyyə naziri vəzifəsini keçmiş müdafiə naziri Con Hili tutacaq.
Şabana Mahmud yenidən Böyük Britaniyanın daxili işlər naziri vəzifəsinə təyin edilib. Bundan əlavə, ölkənin keçmiş nəqliyyat naziri Luiza Heyq Baş nazirin əsas komandasına qayıdıb və birinci dövlət katibi, eləcə də kansler vəzifəsini tutacaq.
Xatırladaq ki, Kir Starmer bu gün Böyük Britaniyanın Baş naziri vəzifəsini rəsmi olaraq tərk edib. Ölkənin yeni Baş naziri Endi Börnham olub. Böyük Britaniya monarxı onun namizədliyini artıq təsdiqləyib.