Böyük Britaniyanın səfiri Qaret Uordu Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırıblar
Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uordu Xarici İşlər Nazirliyinə çağırıblar.
Səfir Xarici İşlər Nazirliyinə artıq daxil olub, lakin mediaya şərh verməyib.
Qeyd etmək lazımdır ki, həmçinin Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer dünən, sentyabrın 24-də Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Xarici İşlər Nazirliyində qeyd etdikləri kimi, Almaniyanın səfirinə izah edildi ki, Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin üzvünün ev sahibi dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi var.