Böyük Britaniyanın səfiri Qaret Uord Gürcüstanın Xarici İşlər Nazirliyini tərk edib
Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord Xarici İşlər Nazirliyini tərk edib.
Səfir mediaya şərh verməyib.
Gürcüstanın Xarici İşlər Nazirliyi də Böyük Britaniyanın səfirinin çağırılması ilə bağlı hələlik bəyanat yaymayıb.
Qeyd etmək lazımdır ki, həmçinin Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer dünən, sentyabrın 24-də Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Xarici İşlər Nazirliyində qeyd etdikləri kimi, Almaniyanın səfirinə izah edildi ki, Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin üzvünün ev sahibi dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi var.