Böyük Britaniyanın Müdafiə Nazirliyi – Kiprdə yerləşən Britaniya hərbi bazasına hücum, ehtimal ki, pilotsuz uçuş aparatları ilə həyata keçirilib
Kiprdə yerləşən RAF Akrotiri Britaniya hərbi bazasına hücumun, ehtimal ki, pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi bildirilir. Məlumatı “BBC” yayıb.
Böyük Britaniyanın Müdafiə Nazirliyi hücumun yerli vaxtla saat 22:00-da baş verdiyini təsdiqləyib. Hücum nəticəsində xəsarət alan olmayıb.
“Nazirliyin bəyanatında deyilir ki, bölgədə qüvvələrimizin mühafizəsi ən yüksək səviyyədədir. Baza şəxsi heyətimizi qorumaq üçün artıq tədbirlər görüb.”
Böyük Britaniyanın müdafiə naziri Con Hili İranı “ayrı-seçkilik qoymadan həyata keçirilən hücumlarda” ittiham edib və bildirib ki, Yaxın Şərqdə yerləşən britaniyalı hərbçilər və orada olan mülki şəxslər təhlükə ilə üz-üzədir.