Böyük Britaniyanın müdafiə naziri Rusiyanın raket hücumu təhlükəsi səbəbindən Odessa səfərini ləğv edib
Böyük Britaniyanın müdafiə naziri Rusiya Federasiyasının raket hücumu təhlükəsi səbəbindən Odessa səfərini ləğv edib, – bu barədə “Sunday Times” yazır.
Medianın məlumatına görə, Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps Kəşfiyyat tərəfindən Rusiya Federasiyasından real raket təhlükəsi ilə bağlı xəbərdarlıq aldıqdan sonra Odessa səfərini ləğv etmək məcburiyyətində qalıb.
Bundan əvvəl Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Odessaya səfəri zamanı Rusiya bu şəhərə raket hücumu həyata keçirib.
“Putin iki Qərb liderini qəsdən və ya təsadüfən öldürməyə yaxınlaşmaqla bizə nə qədər ağılsız, mərhəmətsiz və ehtiyatsız olduğunu göstərdi”, – deyə Şepps bildirib.